Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub

Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub.
Hadisə
19 oktyabr 2022 06:36
Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub

Vətəndaşların bank kartlarından kiber üsullarla pul oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib.

O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi