Vətəndaşların 38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Vətəndaşların 38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb Paytaxtın müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Hadisə
11 fevral 2025 10:18
Vətəndaşların 38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, Sumqayıt və Abşeronda vətəndaşların 38 min manatını, həmçinin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.

Son xəbərlər

Orphus sistemi