Vətəndaşlardan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor apellyasiya şikayəti verib

Vətəndaşlardan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib
Hadisə
24 Yanvar , 2017 09:57
Vətəndaşlardan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktor apellyasiya şikayəti verib

Bakı. 24 yanvar. REPORT.AZ/ Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Cəfərov, Sevinc Məmmədsalayeva, Fatmaxanım Aslanova və Bəsti Rəcəblinin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumta görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru C.Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları S.Məmmədsalayeva, F.Qasımova və B.Rəcəbli ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.
Həmin şəxslər Cinayət Məcəlləsinin (CM) 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov və S.Məmmədsalayevin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər. F.Qasımova və B.Rəcəblinin barəsində isə CM-nin 70-ci maddəsi tətbiq olunaraq, onlara 4 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Bakıda ərini öldürən qadın və onun tanışının şikayəti əsasında məhkəmə başlayıb

Son xəbərlər

Orphus sistemi