Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.