Vətən müharibəsi qazisi intihar etdi

Vətən müharibəsi qazisi intihar etdi Vətən müharibəsi qazisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün müalicə aldığı hərbi hospitalda intihar edib.
Hadisə
7 Yanvar , 2021 00:02
Vətən müharibəsi qazisi intihar etdi
Vüsal Musayev
0 : 00
0 : 00

Vətən müharibəsi qazisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün müalicə aldığı hərbi hospitalda intihar edib.

"Report" xəbər verir ki, o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alırdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan V.Musayev Vətən müharibəsində gərgin döyüşlər zamanı kəllə-beyin travması almışdı. Onun 2 körpəsi var.

Son xəbərlər

Orphus sistemi