Vergilər Nazirliyinin şirkət rəhbərinə qarşı apellyasiya şikayəti təmin edilməyib

Vergilər Nazirliyinin şirkət rəhbərinə qarşı apellyasiya şikayəti təmin edilməyib Hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
11 May , 2016 10:08
Vergilər Nazirliyinin şirkət rəhbərinə qarşı apellyasiya şikayəti təmin edilməyib

Bakı. 11 may. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) yanında Vergi Cinayətinin İbtidai Araşdırılması Departamentinin “Azərplast” MMC-yə qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, VN-in apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, VN-in departamenti "Azərplast" MMC-ni məhkəməyə verib. Nazirlik borclu MMC rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşıdırılmasına dair tələb irəli sürüb. Sabunçu Rayon Məhkəməsi iş üzrə icraatı dayandırıb. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi