Yuxarı

​Vergilər Nazirliyi departamentinin apellyasiya şikayətinə baxılıb

Aşağı instansiya məhkəməsinin qərarı ləğv olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinin “Bakı şəhər Dezinfeksiya Stansiyasının Nərimanov Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un xəbərinə görə, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub.

Qeyd edək ki, bu il MMC VN-in departamentini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Bakı şəhər Dezinfeksiya Stansiyasının Nərimanov Rayonlararası Bölməsi” MMC qərarın ləğv edilməsi və ümidsiz borcun silinməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan VN-in departamenti apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi