Yuxarı
    Bağlamaq

    ​Vergilər Nazirliyinin departamenti tikinti şirkətini məhkəməyə verib

    Vergi faiz və maliyyə sanksiyası üzrə borcun tutulması barədə tələb irəli sürülüb

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti “Azəri İnşaat-2009” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

    “Report”un məlumatına görə, departament vergi faiz və maliyyə sanksiyası üzrə borcun tutulması barədə tələb irəli sürüb.

    İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

    Qeyd edək ki, “Azəri İnşaat-2009” Azərbaycanda özəl müəssisə kimi 2009-cu ildə təsis edilib. Şirkət tikinti-inşaat, layihələndirmə, memarlıq, dizayn, alqı-satqı və digər sahələr üzrə fəaliyyət göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi