​Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib

​Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
21 Sentyabr , 2015 09:00
​Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Lotos" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

"Report"un məlumatına görə, departament MTK-nın siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Lotos" şirkəti Azərbaycanda mənzil tikintisi ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi