​Vergilər Nazirliyi ilə CATEL arasında gedən məhkəmənin hakimi dəyişdirilib

​Vergilər Nazirliyi ilə CATEL arasında gedən məhkəmənin hakimi dəyişdirilib İş təqrirlə başqa hakimə verilib
Hadisə
25 May , 2016 09:52
​Vergilər Nazirliyi ilə CATEL arasında gedən məhkəmənin hakimi dəyişdirilib

Bakı. 25 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vergilər Nazirliyi (VN) yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin “Caspian American Telekommunications LLC” (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclasının hakimi dəyişdirilib.

"Report"un məlumatına görə, iş təqrirlə başqa hakimə verilib. İşə hansı hakimin baxacağı yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, daha əvvəl bu iş üzrə məhkəmə iclasına hakim Səriyyə Seyidova sədrlik edirdi.

Qeyd edək ki, ötən il CATEL VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın, aktın və tələbnamənin mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi