Venesuelada neft kəməri partlayıb

Venesuelada neft kəməri partlayıb Venesuelanın qərbindəki Yaracuy əyalətində neft boru kəmərində partlayış baş verib.
Hadisə
30 Sentyabr , 2021 20:44
Venesuelada neft kəməri partlayıb
0 : 00
0 : 00

Venesuelanın qərbindəki Yaracuy əyalətində neft boru kəmərində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "National" qəzeti məlumat yayıb.

Partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb. Xəsarət alanların hər ikisi azyaşlıdır. Onlar müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin versiyaya görə, partlayış boru kəmərindən yanacağın qanunsuz olaraq boşaldılması cəhdi zamanı baş verib.

Partlayışdan sonra yaranan yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi