Venesuela 40 milyon dollarlıq qızıl ixrac edib

Venesuela 40 milyon dollarlıq qızıl ixrac edib Venesuela hökuməti iyulun 12-də dəyəri 40 milyon ABŞ dolları olan 1 ton qızılın ixracını həyata keçirib.
Hadisə
16 İyul , 2019 14:12
Venesuela 40 milyon dollarlıq qızıl ixrac edib

Venesuela hökuməti iyulun 12-də dəyəri 40 milyon ABŞ dolları olan 1 ton qızılın ixracını həyata keçirib. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, qiymətli metalın alıcılara Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər olub. Onlar ABŞ-ın sanksiyalarına baxmayaraq, Venesueladan qızıl alıblar. Ümumilikdə aprel ayından bəri Venesuela 24 ton qızıl satıb. 

Qeyd edək ki, Venesuelanın Mərkəzi Bankı, dövlət neft şirkəti - PDVSA, 7 milyard dollarlıq  xarici aktivi, 2 şirkəti və 2 tankeri ABŞ-ın sanksiyası siyahısındadır.

Son xəbərlər

Orphus sistemi