Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda ticarət mərkəzində gənc qadın intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, R.Səfərov küçəsi 1 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzində qeydə alınıb.
Belə ki, ticarət mərkəzinin üstünə çıxan 25 yaşlı Yeganə Məmmədova özünü oradan atmaq istəyib.
Polislər intiharın qarşısını alıb.