​Türkiyə vətəndaşı Bakıda avtomobillə velosiped sürən şəxsi vurub

​Türkiyə vətəndaşı Bakıda avtomobillə velosiped sürən şəxsi vurub Velosiped sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Hadisə
22 Avqust , 2015 14:47
​Türkiyə vətəndaşı Bakıda avtomobillə velosiped sürən şəxsi vurub

Bakı. 22 avqust. REPORT.AZ/ Avqustun 21-də saat 10 radələrində Bakının Sabunçu rayonunda bir nəfərin ölümü nəticələnən hadisə baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Ahmet Yığıt idarə etdiyi “Nissan” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Mixail Erkini vurub.

M.Erkin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi