Bakı. 1 iyun. REPORT.AZ/ Velosiped oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ə.Həsənova və P.Höccətova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Bizyarkin saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Abbasova və F.Şərifova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.