Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Hadisə
19 İyul , 2018 11:46
Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

"Report"un xəbərinə görə, VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

A.Bağırov tədbir iştirakçılarına VK-nın cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanları və bu imtahanlar nəticəsində VK-nın üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib.

Daha sonra Anar Bağırov cari ayın əvvəlində Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı Kollegiyanın bu kimi hərəkətləri qətiyyətlə pisləndiyini vurğulayıb.

Daha sonra peşəyə buraxılan 264 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.

Sonra tədbirdə Azərbaycan Respublikası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, son aylar ərzində vəkillik sahəsində gözəçarpan islahatların aparıldığını, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının xüsusi əhəmiyyəti olduğunu, o cümlədən gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, KPMG şirkətinin direktoru Fərid İsayev, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxış ediblər.

Tədbirdə həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” barədə təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verililib.

Son xəbərlər

Orphus sistemi