Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər

Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər Fasilədən sonra məhkəmə qərarını elan edəcək
Hadisə
5 Fevral , 2018 13:38
Vəkillər keçmiş MTN generallarının əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini istəyiblər
General Natavan Mirvətova / Report

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıblar.

Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin əmlakının üzərlərinə qoyulmuş həbsin götürülməsini istəyiblər.

Vəsatətlər müzakirəyə çıxarılıb.

Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra məhkəmə qərarını elan edəcək.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Son xəbərlər

Orphus sistemi