Yuxarı
    Bağlamaq

    ​Vəkil: "Zərərçəkmiş şəxs həbs olunacağından qorxaraq ölkədən qaçıb"

    Məhkəmənin növbəti prosesi mayın 31-nə təyin olunub

    Bakı. 19 may. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil və Vasif Aslanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

    Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

    Vəkilin sözlərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb zərəçəkmiş şəxs Elmir Abid oğlu Həsənovun məhkəməyə gəlməməsi olub: "Zərəçəkmiş şəxs Elmir Abid oğlu Həsənov ötən prosesdə olduğu kimi, yenə məhkəmə iclasına gəlmədi. Həmin şəxs iki qardaşın qanunsuz həbs olunmasında verdiyi yalan ifadəyə, həmçinin bir çox şəxsin pulunu ələ keçirdiyinə görə özünün də həbs olunacağından qorxaraq ölkədən qaçıb. Ötən məhkəmə prosesində zərərçəkmiş barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılıb. Onun hazırda Türkiyədə olduğu müəyyən edilib".

    Məhkəmənin növbəti prosesi mayın 31-nə təyin olunub.

    Qeyd edək ki, Elmir Həsənovun şikayəti əsasında Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi