Yuxarı

​Vəkil Xədicə İsmayılla görüşüb

“2016-cı ilin yanvar ayının əvvəlində kassasiya şikayəti verəcəyik”

Bakı. 28 dekabr. REPORT.AZ/ Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq Radiosu”nun həbsdə olan əməkdaşı Xədicə İsmayılla görüşüb.

Bu barədə “Report”a vəkil özü məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə görüşlə bağlı etdiyi müraciətə müsbət cavab aldıqdan sonra X.İsmayılla görüşüb: “Biz Xədicə İsmayılla görüşdə Ali Məhkəməyə hazırladığımız kassasiya şikayətinin detallarını müzakirə etdik. 2016-cı ilin yanvar ayının əvvəlində şikayəti Ali Məhkəməyə təqdim edəcəyik”.

Vəkil bildirib ki, X.İsmayılın saxlanma şəraitindən narazılığı və səhhəti ilə bağlı problemi yoxdur.

Qeyd edək ki, ötən ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Şikayət təmin edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi