Vəkil qızıl satışı ilə məşğul olan qadına bəraət istəyib

Vəkil qızıl satışı ilə məşğul olan qadına bəraət istəyib Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib
Hadisə
16 Dekabr , 2016 15:15
Vəkil qızıl satışı ilə məşğul olan qadına bəraət istəyib

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olan Ziyafət Qurbanovanın vəkili Gülşən Salmanova müdafiə çıxışı edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib. G.Salmanovanın sözlərinə görə, müvəkkili barəsində irəli sürülmüş ittihamlarla razı deyil. Müdafiəçi Z.Qurbanovanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Baylyyevin 7 il, N.Abbasovun 12 il, A.Kazımovla M.Qasımovun hər birinin 11 il, Z.Qurbanovun 8 il və A.Tağıyevanın isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.

Təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova zamindədirlər. Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli bilinirlər.

Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi