Vəkil olmaq istəyənlər üçün növbəti test imtahanının vaxtı açıqlandı

Vəkil olmaq istəyənlər üçün növbəti test imtahanının vaxtı açıqlandı Martın 5-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Hadisə
29 Yanvar , 2021 17:33
Vəkil olmaq istəyənlər üçün növbəti test imtahanının vaxtı açıqlandı

Martın 5-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Kollegiyadan “Report”a verilən məlumata görə, imtahan hər növbədə 140 namizəd olmaqla iki növbəli olacaq.

İmtahanlar saat 09:00-da və 14:00-da keçiriləcək.

İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi