Yuxarı
    Bağlamaq

    Vəkil mərhum İlhamə Quliyevanın sabiq köməkçisinə bəraət istəyib

    Proses dekabrın 30-da davam etdiriləcək

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili müdafiə çıxışı edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu deyərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Proses dekabrın 30-da davam etdiriləcək.

    Xatırladaq ki, prokuror çıxışında M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

    Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi