Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib

Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Noyabr , 2017 15:37
Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, müvəkkili çıxışa hazır deyil.

Vəkil M.Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi