Mehman Hüseynov sərbəst buraxılıb - YENİLƏNİB

Mehman Hüseynov sərbəst buraxılıb - YENİLƏNİB Nəsimi Rayon Məhkəməsi onu 200 manat cərimələyib
Hadisə
10 Yanvar , 2017 16:27
Mehman Hüseynov sərbəst buraxılıb - YENİLƏNİB

Bakı. 10 yanvar. REPORT.AZ/ Blogger Mehman Hüseynov sərbəst buraxılıb.

"Report"un məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov 200 manat cərimələnib. 

*** 16:30

Blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.

Vəkil bildirib ki, M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxacaq.

Son xəbərlər

Orphus sistemi