​Vəkil “Bulaq” restoranında baş verən silahlı insidentdə yaralanan şəxslə görüşüb

​Vəkil “Bulaq” restoranında baş verən silahlı insidentdə yaralanan şəxslə görüşüb Fuad Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunur
Hadisə
5 May , 2016 09:41
​Vəkil “Bulaq” restoranında baş verən silahlı insidentdə yaralanan şəxslə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Vəkil Ceyhun Yusifov “Bulaq” restoranında baş verən silahlı insidentdə yaralanan və daha sonra həbs olunan Fuad Əkbərovla görüşüb.

Bu barədə “Report”a vəkilin özü məlumat verib.

C.Yusifov bildirib ki, hüquqlarını müadiə etdiyi şəxs hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunur: "Fuad Əkbərovun səhhəti hələ də ağırdır. F.Əkbərov ona sürülən ittihamları qəbul etmir".

Qeyd edək ki, cinayət hadisəsi aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Aprelin 23-də Səbail Rayon Məhkəməsində T.Qaramizadə, H.Hüseynov və B.Rəfiyevin barələrində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Hadisədən 4 gün sonra Səbail Rayon Məhkəməsində F.Əkbərov barəsində dörd aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilib. O, məhkəməyə təcili tibbi yardım avtomobilində gətirilib.

F.Əkbərov barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi