Vəkil Bakıda qayınını tüfənglə vuran şəxsin barəsində bəraət istəyib

Vəkil Bakıda qayınını tüfənglə vuran şəxsin barəsində bəraət istəyib Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib
Hadisə
7 Noyabr , 2016 12:55
Vəkil Bakıda qayınını tüfənglə vuran şəxsin barəsində bəraət istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə M.Fəsədovun vəkili müdafiə çıxışı edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsi barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi