Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Hadisə
610
19 Dekabr , 2020 10:42
Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi