Vaqif Əsədov: "YPX əməkdaşına qarşı bəzi saytlarda dərc edilən yazılar qərəzlidir"

Vaqif Əsədov: "YPX əməkdaşına qarşı bəzi saytlarda dərc edilən yazılar qərəzlidir" Bakı. 15 mart. REPORT.AZ/ Dövlət Yol Polisi İdarəsi (DYPİ) sosial şəbəkələr və intenet resursları tərəfindən dərc edilən “DYP inspektoru Sahil Səmədov daxili işlər naziri Ramil Usubovu aldatmağa cürət etdi” və “DYP-nin Sahil adlı əməkdaşı dinc vətəndaşın mülkiyyətinə daxil olmaqla onu hədələdi, şər böhtan atmaqla 90-cı illərin qorxusunu yaşatdı” başlıqlı informasiyalara münasibət bildirib.
Hadisə
211
15 Mart , 2018 12:16
Vaqif Əsədov: YPX əməkdaşına qarşı bəzi saytlarda dərc edilən yazılar qərəzlidir
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov / Report

Bakı. 15 mart. REPORT.AZ/ Dövlət Yol Polisi İdarəsi (DYPİ) sosial şəbəkələr və intenet resursları tərəfindən dərc edilən “DYP inspektoru Sahil Səmədov daxili işlər naziri Ramil Usubovu aldatmağa cürət etdi” və “DYP-nin Sahil adlı əməkdaşı dinc vətəndaşın mülkiyyətinə daxil olmaqla onu hədələdi, şər böhtan atmaqla 90-cı illərin qorxusunu yaşatdı” başlıqlı informasiyalara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, Yol Patrul Xidmətinin (YPX) əməkdaşı tərəfindən sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə inzibati protokol tərtib edilib: “Araşdılrmalar aparılarkən məlum olub ki, həqiqətən 11 mart 2018-ci il tarixdə Binəqədi rayonu, R.İsmayılov küçəsində, saat 05:30 radələrində “BMW” markalı 90-FF-080 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Sadiqov Səfa Əlipaşa oğlu YPX inspektoru Sahil Səmədov tərəfindən saxlanılıb və sürücü sərxoş vəziyyətdə avtomobili idarə etdiyi üçün sənədləşmə işləri aparılıb. Bunula əlaqədar avtomobilin sürücüsü və onun nümayəndəsi tərəfindən narazılıq yarandığı üçün sosial şəbəkələrdə, guya inspektor tərəfindən qanunsuz sənədləşdirmə aprıldığı üçün qərəzli informasiyalar dərc edilib”.

V.Əsədov deyib ki, dərhal BŞBPİ DYPİ-nin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsində sürücü, yazının müəllifi və sürcünün hüquqlarını müdafiə edən şəxslə görüş keçirilib: “Görüş zamanı sənədləşdirmə ilə əlaqədar ətraflı məlumat verilərək bilirilib ki, sürücü ötən illər ərzində 1 il 6 ay müddətində sürcülük hüququndan və Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə 2 il müddətinə azadlıqdan mərhum edilib. Buna baxmayaraq, yenidən spirtli içkinin təsiri altında, sürücülük vəsiqəsi və müvafiq sənədləri olmadan avtomobili ümumi istifadədə olan yoldan avtomobillərin park edildiyi duracağa doğru sürüb. Buna qədər isə parklanma yerinə yaxın məsafədə yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşı sürücüyə yaxınlaşaraq “saxla” əmrini verib, sürücü isə təhlükəli manevr edərək hərəkətini davam etdirib. Beləliklə, sürücü avtomobilini parklanma ərazisinə daxil edib, ətrafdakıları başına toplamaqla bilərəkdən sensasiya yaratmaq, özünün haqlı olduğunu sübut etməklə məsuliyyətdən yayınmağa çalışıb”.

Bölmə rəisi onu da qeyd edib ki, verilən qərarla razılaşmayan sürücü sosial şəbəkələrdə YPX əməkdaşına qarşı qərəzli mövqe nümayiş etdirib: “Sürücü hətta YPX inspektorunun şəxsi və ailə fotolarını sosial şəbəkələrdə qərəzli şəkildə yaymaqla özünün haqlı olduğunu sübut etməyə çalışır. Əlbəttə, onun gətirdiyi arqumentlər və ya faktlar məhkəməyə müraciət edilərkən təqdim olunacaq. Bir daha bildiririk ki, dərc edilən yazılar açıq-aşkar qərzlidir, həqiqəti əks etdirmir. Hər halda sürücü YPX əməkdaşının inzibati qaydada tərtib etdiyi protokollarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət edə bilər. Sözsüz ki, bu, onun hüququdur. Hər halda YPX inspektoru da onun fəaliyyətinə və nüfuzuna xələl gətirən qərəzli informasiyaları yaydığı üçün qarşı tərəfi məhkəməyə verə bilər”. 

Son xəbərlər

Orphus sistemi