Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Kürdəmir. 17 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən gənc oğlanın şəxsiyyəti məlum olub.
Hadisə
17 Yanvar , 2019 22:26
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Foto: "Report"

Kürdəmir. 17 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən gənc oğlanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Valeh Ağəli oğlu Zərbalıyev olub. V.Zərbalıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.


*** 21:13

Kürdəmir. 17 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "KİA" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarında dayanan gənc oğlanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, bu gün Kürdəmirdə digər yol qəzası da baş verib. 

Son xəbərlər

Orphus sistemi