Üzərində 1 kq narkotik maddə tapılan şəxsə 10 il həbs cəzası verilib

Üzərində 1 kq narkotik maddə tapılan şəxsə 10 il həbs cəzası verilib Cinayət işi üzrə məhkəmə başa çatıb
Hadisə
5 May , 2016 11:16
Üzərində 1 kq narkotik maddə tapılan şəxsə 10 il həbs cəzası verilib

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub. Məhkəmənin hökmü ilə R.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Əliyev ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aparılarkən 1 kq-dan artıq narkotik maddə aşkarlanıb.

Xatırladaq ki, R.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi