Usta tanışı ilə birgə 20 mənzili qarət etdi

Usta tanışı ilə birgə 20 mənzili qarət etdi Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon sakinləri - Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıb.
Hadisə
15 May , 2020 15:16
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayon sakinləri - Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıb. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, onlar Masazır kəndindən, Qurtuluş yaşayış massivindən və Mehdiabad qəsəbəsində ümumilikdə 20 evdən oğurluq ediblər. 

Mənzillərə daxil olan oğrular, oradan məişət əşyaları, su nasosu, təmir tikinti və elektrik avadanlıqları, eləcədə digər qiymətli əşyalar aparıblar.

Qeyd edək ki, saxlanılan Vüsal Həsənov ev ustasıdır və onu bu işə Elçin Mirzəyev təhrik edib. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi