Bakı. 4 fevral. REPORT.AZ/ Ötən gün axşam saatlarında Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.