Uşaq Sağlamlıq Mərkəzi dövlət qurumunu məhkəməyə verib

Uşaq Sağlamlıq Mərkəzi dövlət qurumunu məhkəməyə verib Günəş Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzi MMC Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Hadisə
17 Aprel , 2019 15:32
Uşaq Sağlamlıq Mərkəzi dövlət qurumunu məhkəməyə verib

"Günəş" Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzi MMC Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC mülkiyyət hüququnun qeydə alınması və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan dövlət qurumu apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi