​Gəncədə üç uşaq anası intihar edib

​Gəncədə üç uşaq anası intihar edib Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır
Hadisə
5 Sentyabr , 2015 12:59
​Gəncədə üç uşaq anası intihar edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Gəncədə intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan üç uşaq anası, 1975-ci il təvəllüdlü Əkbərova Cəmilə Əhməd qızı yaşadığı evdə kəndirlə özünü asaraq intihar edib.

Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi