Rüşvət verməyə təhriketmədə təqsirləndirilən universitet müəlliminin məhkəməsi başlayıb

Rüşvət verməyə təhriketmədə təqsirləndirilən universitet müəlliminin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhriketmədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
18 Mart , 2019 15:54
Rüşvət verməyə təhriketmədə təqsirləndirilən universitet müəlliminin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhriketmədə təqsirləndirilən Tabil Paşayev Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü T.Paşayev saxlanılıb.

Məlumata görə, T.Paşayev barəsində Nərimanov rayon Polis idarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Məlum olub ki, T.Paşayev Xəzər rayon, Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib. Onunla eyni ittiham üzrə təqsirləndirilən A.Hacıyeva isə Bakıda əvvəllər universitet müəllimi olub. Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi