"Unibank" "Barat Consultancy" şirkətini məhkəməyə verib

"Unibank" "Barat Consultancy" şirkətini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
17 Sentyabr , 2015 09:39
Unibank Barat Consultancy şirkətini məhkəməyə verib

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Unibank Kommersiya Bankı" (KB) Açıq Səhmdar Cəmiyyəti (ASC) "Barat Consultancy" şirkətini məhkəməyə verib.

"Report"un məlumatına görə, ASC hesabatın ləğv edilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Unibank" 2002-ci ildə "MBANK" və "PROMTEXBANK" - iki kommersiya bankının birləşməsi nəticəsində yaranıb. Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının iştirakçısı olub və onun çərcivəsində banka 1,5 milyon dollar məbləğində 5 il müddətinə kredit xətti ayrılıb. "Unibank" broker fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin lisenziyasını alıb.

Son xəbərlər

Orphus sistemi