Yuxarı

Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə sui-qəsd törətməkdə təqsirləndirilən ikinci şübhəli şəxs tapılıb

O, Azərbaycanda gizlənib, amma onun yaşadığı faktiki ünvan müəyyən edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətinin İstintaq Komitəsi "Ümumrusiya Azərbaycan Konqresinin" yerli regional bölməsinin rəhbəri İslam Hüseynova qarşı sui-qəsd törədilməsi ilə bağlı cinayət işinin istintaqını yekunlaşdırır.

Bu barədə "Report" qurumun məlumatına istinadən xəbər verir.

Yaxın günlərdə cinayət işi müttəhimin təqib edilməsi məqsədilə Azərbaycanın səlahiyyətli orqanlarına göndəriləcək.

Xatırladaq ki, 2012-ci il sentyabrın 11-də iki Azərbaycan vətəndaşı sui-qəsd məqsədilə İslam Hüseynova qarşı silahlı hücum həyata keçirib. Hadisə nəticəsində İ.Hüseynovun mühafizəçisi İqor Beznosyuk aldığı güllə yaralarından həlak olub.

Şübhəli şəxslər həmin an qaçaraq gizləniblər. Onlardan birini müstəntiqlər bir il sonra Moskvada saxlayıb.

İkinci şübhəli şəxs beynəlxalq axtarışa verilib. İndi onun yeri müəyyən edilib: şübhəli Azərbaycanda gizlənib, amma onun yaşadığı faktiki ünvan da bəllidir. Müstəntiqlər ona qarşı qiyabi olaraq ittiham irəli sürüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi