Ülgüclə hədələyərək quldurluq edən şəxsə hökm oxunub

Ülgüclə hədələyərək quldurluq edən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 İyun , 2019 14:45
Ülgüclə hədələyərək quldurluq edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Həsənli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində baş verib.

N.Həsənli Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı çatıb. O, quldurluq edən şəxsi cinayət başında zərərsizləşdirərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Nicat Həsənliyə Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi