Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb

Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb Məhsul Ukrayna vətəndaşının avtomobilinin yük yerində aşkar edilib
Hadisə
1 Noyabr , 2017 08:37
Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Belqorod vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub.

Bildirilir ki, Odessa vilayətinin sakini heç bir sənədi olmayan bal məhsulunu Rusiyaya, oradan isə Azərbaycana keçirmək istəyib. Şirin çərəz Ukrayna vətəndaşının avtomobilinin yük yerində aşkar edilib.

Baytarlıq qoşma sənədlərin olmaması ilə yanaşı, bal bankalarının üzərində hər hansı bir markalama olmayıb. Həmçinin məhsulun saxlanma və nəql edilmə şərtləri pozulub. Həmin şəxsin balı Rusiya ərazisinə keçirməsinə qadağa qoyulub və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi