Ukraynadan avtomobil yağı gətirmək adi ilə yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət verilib

Ukraynadan avtomobil yağı gətirmək adi ilə yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət verilib Bakı. 14 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynadan avtomobil yağı və antifirist gətirmək adı ilə, ümumlikdə, yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
3309
14 May , 2018 13:13
Ukraynadan avtomobil yağı gətirmək adi ilə yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət verilib
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynadan avtomobil yağı və antifirist gətirmək adı ilə, ümumlikdə, yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qərara əsasən, F.Səfərovun əməlində heç bir cinayət olmayıb və ona verilən ittihamlar sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, F.Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifirist gətirmək adı ilə külli miqdarda dələduzluq edib.

İş üzrə ondan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır.

F.Səfərov isə özünü təqsirli bilmir və iş üzrə zərərçəkmiş Elmar Səmədovun ona qarşı tələ qurduğunu deyir.

Son xəbərlər

Orphus sistemi