Ukraynada ağır yol qəzası ilə bağlı Azərbaycan vətəndaşı şübhəli bilinir

Ukraynada ağır yol qəzası ilə bağlı Azərbaycan vətəndaşı şübhəli bilinir Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə piyadanın ölümü ilə nəticələnən yol qəzasında sürücü, 34 yaşlı Azərbaycan vətəndaşı şübhəli bilinir.
Hadisə
4 Yanvar , 2019 16:15
Ukraynada ağır yol qəzası ilə bağlı Azərbaycan vətəndaşı şübhəli bilinir

Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə piyadanın ölümü ilə nəticələnən yol qəzasında sürücü, 34 yaşlı Azərbaycan vətəndaşı şübhəli bilinir.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, qəzada 59 yaşlı qadın, onun 31 yaşlı qızı və 1 yaşlı nəvəsi zərər çəkib. Qadınlardan biri aldığı xəsarətlərdən şəhər təcili yardım xəstəxanasında dünyasını dəyişib.

Bu məsələdə günahi təsdiqini taparsa, sürücü 3 ildən 8 ilədək həbs cəzasına məhkum edilə bilər.

Son xəbərlər

Orphus sistemi