Ukraynada üzərilərində silah-sursat olan 3 azərbaycanlı saxlanılıb

Ukraynada üzərilərində silah-sursat olan 3 azərbaycanlı saxlanılıb Onlar qaçırılmış avtomobildə yaxalanıblar
Hadisə
11 Noyabr , 2017 04:35
Ukraynada üzərilərində silah-sursat olan 3 azərbaycanlı saxlanılıb
golos.zp.ua

Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, axtarış zamanı onların üzərindən qumbara, odlu silah və güllə aşkar edilib.

Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan üç şübhəli şəxsi yaxalamağa müvəffəq olub. Müəyyən edilib ki, avtomobil onlar tərəfindən qonşu Dneprdə oğurlanıb.

Azərbaycanlılara qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürüləcək: "Qanunsuz nəqliyyat vasitəsi əldə etmək", "Silah və döyüş sursatı ilə qanunsuz davranma" və "Dələduzluq".

Son xəbərlər

Orphus sistemi