Ukraynada qızıl mağazasını qarət edən 6 azərbaycanlı saxlanılıb - FOTO

Ukraynada qızıl mağazasını qarət edən 6 azərbaycanlı saxlanılıb - FOTO Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna polisi Xarkov vilayətinin Krivoy Roq şəhərində silahlı basqın edərək zərgərlik mağazasını yaran şübhəli şəxsləri yaxalayıb.
Hadisə
24 yanvar 2019 22:48
Ukraynada qızıl mağazasını qarət edən 6 azərbaycanlı saxlanılıb - FOTO

Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna polisi Xarkov vilayətinin Krivoy Roq şəhərində silahlı basqın edərək zərgərlik mağazasını yaran şübhəli şəxsləri yaxalayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Milli Polis İdarəsi rəisinin birinci müavini Vyaçeslav Abroskin öz "Facebook" səhifəsində yazıb.

Rəis müavininin sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan 6 nəfər Azərbaycan vətəndaşıdır. Onlardan 1,5 kq-dan artıq zərgərlik məmulatları götürülüb.

Hadisə şənbə günü, yanvarın 19-da baş verib.

Son xəbərlər

Orphus sistemi