Ukraynada ermənilərin hücumuna məruz qalan azərbaycanlı biznesmen ağır xəsarət alıb

Ukraynada ermənilərin hücumuna məruz qalan azərbaycanlı biznesmen ağır xəsarət alıb Kiyev. 23 mart. REPORT.AZ/ Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər.
Hadisə
23 Mart , 2018 17:05
Ukraynada ermənilərin hücumuna məruz qalan azərbaycanlı biznesmen ağır xəsarət alıb

Kiyev. 23 mart. REPORT.AZ/ Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər. 

"Report"un əldə etdiyi məlumata görə, əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb.

Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər azərbaycanlı iş adamının əvvəlcə avtomobilini yararsız hala salıblar, sonra isə özünü avtomobildən düşürərək dəyənəklə ölümcül döyüblər.

Ermənilər hadisə yerindən qaçıblar. Yerli mafiyanın üzvü olduğu bildirilən Karen və Qriqor əvvəllər M.Salamovu dəfələrlə hədələyiblərmiş. 

Döyülmə nəticəsində ağır xəsarət alan azərbaycanlı biznesmen rayon xəstəxanalarının birinə yerləşdirilib, vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi