Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürüb

Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürüb Hadisəni törədən A. Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır
Hadisə
2287
12 Noyabr , 2018 14:50
Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürüb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.

“Report”un Ukrayna bürosuna yerli polisdən verilən məlumata görə, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib.

Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb. Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır. 

Son xəbərlər

Orphus sistemi