Ukraynada daha bir azərbaycanlı gənc oğurlanıb

Ukraynada daha bir azərbaycanlı gənc oğurlanıb İş adamının oğlu Xarkova dostları ilə gəzməyə gedərkən oğurlanıb
Hadisə
15 Sentyabr , 2017 17:21
Ukraynada daha bir azərbaycanlı gənc oğurlanıb

Kiyev. 15 sentyabr. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb. 

"Report" xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gedərkən oğurlanıb.

İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.

Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlıları bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb. 

Son xəbərlər

Orphus sistemi