Ukraynada bir sıra cinayətlər tötərməkdə şübhəli bilinən 3 silahlı azərbaycanlı saxlanılıb

Ukraynada bir sıra cinayətlər tötərməkdə şübhəli bilinən 3 silahlı azərbaycanlı saxlanılıb Bakı. 10 noyabr. REPORT.AZ/ Ukraynanın Zaporozhye vilayətinin hüquq-mühafizə orqanları ölkə ərazisində bir sıra cinayətlər törətməkdə şübhəli bilinən 3 silahlı Azərbaycan vətəndaşını saxlayıb.
Hadisə
10 Noyabr , 2017 10:44
Ukraynada bir sıra cinayətlər tötərməkdə şübhəli bilinən 3 silahlı azərbaycanlı saxlanılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Ukraynanın Zaporozhye vilayətinin hüquq-mühafizə orqanları ölkə ərazisində bir sıra cinayətlər törətməkdə şübhəli bilinən 3 silahlı Azərbaycan vətəndaşını saxlayıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, 1961, 1995 və 1993-cü il doğumlu Azərbaycan vətəndaşları qanunsuz yolla nəqliyyat vasitəsini mənimsəməkdə, qanunsuz yolla silahdan istifadədə və fırıldaqçılıqda şübhəli bilinir.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Dneprdə Türkiyə vətəndaşından oğurlanmış "Mercedes" markalı avtomobili saxlayıb və bu zaman maşında 3 nəfər və silahlar olub.

Saxlanılan şəxslərin yaşadığı mənzillərə və avtomobilə baxış zamanı hüquq-mühafizə orqanları əməkdaşları "F-1", "RQD-5" qumbarası, 2 ədəd qumbara fitili, 9 mm-lik EKOL tapançası və onun üçün patronlar aşkarlanıb.

Hazırda cinayətkar qruplaşmanın üzvlərinin Ukrayna ərazisində digər üstü açılmamış cinayətlərdə əlinin olub-olmadığı üzrə araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi