Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub O, dələduzluq etməkdə ittiham olunur
Hadisə
11 Fevral , 2018 13:07
Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Bakı. 11 fevral. REPORT.AZ/ Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.

UTX-nin məlumatına görə, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin "Əhəmiyyətli və xüsusilə böyük ziyana səbəb olan fırıldaqçılıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

"Xüsusi xidmət işçiləri onun Ukraynada ölkənin, xüsusən də iqtisadi və etno-konfessiya sahələrində milli mənafeyinə zərər verən fəaliyyətə başlamağı planlaşdırdığını təsbit ediblər", - deyə xüsusi xidmət orqanından bildirilib.

Hazırda əcnəbi həbsdədir, onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

Son xəbərlər

Orphus sistemi