Ukraynada azərbaycanlı tələbənin qətlinin detalları məlum olub

Ukraynada azərbaycanlı tələbənin qətlinin detalları məlum olub Cinayətkar artıq saxlanılıb
Hadisə
28 Sentyabr , 2016 14:23
Ukraynada azərbaycanlı tələbənin qətlinin detalları məlum olub

Kiyev. 28 sentyabr. REPORT.AZ/ Ukraynada azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qətlinin detalları məlum olub.

Mərhumun dostu Rüfət Rəhmanovun "Report"un Ukrayna bürosuna verdiyi məlumata görə, qətl hadisəsi Simferopol şəhərində Rıleyeva 4 küçəsində, V.İ.Vernadski adına Krım Federal Universitetinin Tavriya Akademiyasının tələbə yataqxanasının binası yaxınlığında törədilib.

"Onu ya iranlı, ya da ərəb qətlə yetirib. Bildiyim qədəri ilə daha əvvəl həmin şəxslə aralarında münaqişə yaşanmışdı. Bu il azərbaycanlı tələbələrə qərəzli münasibət göstərirdilər, yataqxana komendantı onları yerləşdirməkdən imtina edirdi. Məhəmmədin qaldığı otağa daha əvvəl münaqişə yaşadığı şəxsi yerləşdirdilər. İki gün əvvəl aralarında hətta əlbəyaxa dava olmuşdu. Həmin o iranlı və ya ərəb dünən yataqxananın yaxınlığında onu bıçaqlayıb", - deyə Rüfət Rəhmanov bildirib.

O qeyd edib ki, əldə etdiyi məlumata görə, cinayətkar artıq saxlanılıb.

Son xəbərlər

Orphus sistemi