Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanılıb - VİDEO

Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanılıb - VİDEO Bakı. 19 avqust. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətində Dato Ağcabədinski ləqəbli qanuni oğru saxlanılıb.
Hadisə
19 Avqust , 2018 18:56
Ukraynada azərbaycanlı qanuni oğru saxlanılıb - VİDEO

Bakı. 19 avqust. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətində Dato Ağcabədinski ləqəbli "qanuni oğru" saxlanılıb.

"Report" xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.

"Ötən gün axşam Kiyev vilayətinin polis əməkdaşları 1985-ci il təvəllüdlü "qanuni oğru" saxlayıblar. Cinayət aləmində Dato Ağcabədinski ləqəbi ilə tanınır. Bu "turist" cari ilin may ayında da Kiyev və Lvov polisləri tərəfindən saxlanılıb. Onun barəsində ölkəyə girişinə 3 il qadağa qoyulmaqla Ukrayna ərazisindən çıxarılma qərarı verilib", — deyə Abroskin bildirib.

Son xəbərlər

Orphus sistemi